"Ona yenidən aşiq oldum"

"Ona yenidən aşiq oldum"
3124 dəfə oxunub
  • A-
  • A
  • A+
Muğam müsabiqəsinin qalibi, gənc xanəndə Güllü Muradova ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə Leyli kimi çıxacaq.

Axşam.az-ın məlumatına görə, operada Məcnun rolunda əməkdar artist Səbuhi İbayev olacaq. 

G.Muradova obrazından bəhs edib:

“Bu günə qədər səhnəmizdə istər yaşlı sənətkarlarımız, istərsə də gənc sənətçilərimiz Leyli rolunda çıxış edib. Hər bir gənc sənətçinin arzusudur ki, opera səhnəsində bu möhtəşəm obrazı canlandırsın. Mənə də nəsib oldu. Çox şanslı və xoşbəxtəm. Həmişə sənət yoldaşlarımın təqdimatında “Leyli və Məcnun” operasını izləyirdim və bu obrazı heyranlıqla tamaşa edirdim. Özüm o əsərin içinə daxil olandan sonra sanki yeni bir aləmə düşdüm və iki qəhrəmana yenidən aşiq oldum”.

Həyəcanlı olduğunu etiraf edən xanəndə iddialı danışıb:

“Çalışacağam ki, ümidləri doğruldum. Bu işdə mənə kömək olan əməkdar artist, tarzən Elxan Mansurov və rejissorumuz Hafiz Quliyevə minnətdaram. Ustadlarım xalq artistləri Arif Babayev və Mənsum İbrahimovdan da məsləhətlərimi alıram. Dekabrın 3-ü hər kəsi opera səhnəsinə dəvət edirəm”.