"Əgər Avropadan 20 milyonluq təklif gələrsə..." - fotolar

"Əgər Avropadan 20 milyonluq təklif gələrsə..." -  fotolar
3067 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Hüsniyyə Məhərrəmova tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-a açıqlama verən aparıcı ATV-də yayımlanan “5-ci element” verilişindən danışıb:

“Verilişdə iki aparıcı nə qədər mehriban görünsə də, aralarında gərginlik olur. Məndə də belə hadisələr baş verib. Amma maraqlısı odur ki, "5-ci element"də belə hallarla qarşılaşmamışıq. Mübahisə etsək də, narazıçılığımız konfliktə keçmir. Bir-birimizə qarşı aqressiv münasibətimiz yoxdur. Mən veriliş aparmırdım, televiziyadan uzaqlaşmışdım. Hazırki verilişimdə qonaqlar mənim üçün çox önəmlidir. Hər dəfə təkliflər irəli sürürəm. Maraqlı simaların olmasına çalışırıq”.

H.Məhərrəmova filmə çəkilib-çəkilməməsi ilə bağlı sualları da cavablandırıb:

“Əslində aktyorluq fakültəsini bitirmişəm. Amma heç vaxt aktyor olmaq fikrinə düşməmişəm. Dəvət olunsam da, qəbul etmərəm. Avropadan 10-20 milyon avroluq təkliflər gəlsə, tərəf müqabilim Leonardo DiKaprio, Cud Lo olsa razılaşaram (gülür)”.

Foto: Ramin ASLANOV