Xalq artisti Faiq Ağayev münsif olduğu “Səs Azərbaycan” yarışmasından bəhs edib.
Axşam.az-a açıqlama verən müğənni güclü səslərin olduğunu bildirib:
“Yarışma möhtəşəm şəkildə, dünya standartlarına uyğun, xaricdəki səviyyədə hazırlanıb. Seçimlər çox gərgin gedir. Çox müğənniyə qualaq asmalı, ədalətli qərar verməliyik. İnciyib gedənlər çox olur. Bu da təbiidir. Məni də seçməsəydilər psixoloji gərginlik keçirərdim. Mən məəttəl qalmışam. Bu qədər güclü ifaçılar indiyənə kimi harada idi?”.
F.Ağayev yeniliklərindən və şou-biznesdəki qalmaqallardan da bəhs edib:
“Yeni mahnılarım olacaq. Amma klip çəkdirməyi düşünmürəm. Şou-biznes sahəsində qəribə bir durğunluq var. Hər bir peşədə qalmaqal yaşanır. Biz müğənnilər gündəmdə olduğumuz üçün söz-söhbətimiz tez yayılır. Son günlər xalq artistləri ilə çox qalmaqal edirlər. Onları sürüyüb mübahisə içinə salırlar. Cavab verməmək olmur. Eləsi var ki, belə cavablara layiqdir”.