Antalyada evli qadınların gözəllik yarışması ("Mrs. Top of The World") keçirilib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, yarışmanın qalibi 2 uşaq anası, 34 yaşlı bolqar Qalena Dimova olub. O, 5 yaşlı qızıyla kameralara poz verib.
21 ölkəni təmsil edən evli qadınlar ölkələrinin milli geyimləriylə səhnəyə çıxıblar. Daha sonra iştirakçılar fərqli libaslarda rəqs nümayiş etdiriblər.