Müğənni Elton Hüseynəliyevin qızı Nuray ATV-də yayımlanacaq “Azərbaycanın səsi bala Türkvizion” yarışmasına qatılıb.
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda özü xəbər yayıb:
“Allah bütün balaları qorusun, eləcə də mənim Nurayımı. İnşallah, “Azərbaycanın səsi. Bala Türkvision”da çıxış edəcək”.
Verilişin ilk bölümü şənbə günü saat 18:30-da yayımlanacaq. 8-14 yaş arası uşaqların qatıldığı müsabiqənin qalibi Türkiyədə keçiriləcək "Türkvision"da ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, E.Hüseynəliyevin iki qız övladı var.