Nərgiz Paşayeva Böyük Britaniyanın səfiri ilə görüşüb - fotolar

Nərgiz Paşayeva Böyük Britaniyanın səfiri ilə görüşüb -  fotolar
1798 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq V.M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakıdakı filialında olub.

Axşam.az xəbər verir ki, səfir filialın rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Nərgiz Paşayeva, habelə bu ali təhsil ocağının müəllimləri və tələbələri ilə görüşüb.

Professor Nərgiz Paşayeva səfir İrfan Siddiqi salamlayaraq universitetə gəldiyinə görə ona təşəkkürünü bildirib, səfiri V.M.Lomonosov adına MDU-nun Bakı filialının fəaliyyəti ilə, buradakı fakültələr və ixtisaslarla tanış edib.

Rektor onu da qeyd edib ki, roman-german bölməsinin əksər tələbələri onların öyrəndiyi dildə danışan ölkələrdə, o cümlədən Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Çexiya və Polşada hər il təcrübə keçirlər.