Alessandra Ambrosionun gözəllik sirləri - fotolar

Alessandra Ambrosionun gözəllik sirləri - fotolar
1979 dəfə oxunub
  • A-
  • A
  • A+

"Victoria's Secret"in məşhur simalarından biri Alessandra Ambrosio Santa-Monikada (Kaliforniya, ABŞ) oğlu Noa ilə gəzərkən görünüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 34 yaşlı braziliyalı model oğlu və yaxın dostları ilə şəhər küçələrində gəzib, alış-veriş edib. 

Tünd rəngli ətəklə sadə idman ayaqqabıları geyinən ulduz bu yaxınlarda bədən quruluşunu necə qorumağı haqda danışıb. O, etiraf edib ki, kalorili yeməklərdən çəkinmir. Amma çalışır ki, bunu günün birinci yarısında yesin. Ambrosionun sevimli səhər yeməyi qayğanaq, bekon və ingilis bulkasıdır.

Model formada qalmaq üçün yoqa, pilates və gündəlik ev idmanı ilə məşğul olur. A.Ambrosio sadəcə idmanı başdansovdu etməməyin vacibliyini vurğulayır.

Alessandranın qida rasionuna heç əməl etmədiyini demək olmaz. O, çoxlu göyərti, tərəvəz və balıq yeyir. Həftədə bir dəfə özünə tort yeməyə icazə verir, çərəz kimi isə yoqurt yeyir. Şokolad və pirojnalar qadağandır.