Star TV-nin reytinqli serialı olan "Kara sevda"nın çəkildiyi məkanlar da obrazlar qədər diqqət çəkir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Neslihan Atagülün canlandırdığı, varlı ailənin qızı Nihanın yaşadığı villa ən baxımlı yerlərdən sayılır. Eləcə də, serialın böyük dəvət və qonaqlıqlarının baş verdiyi ev tarixi bir qoruğun ərazisində yerləşir.
Ekran işində Zerrin Tekindorun canlandırdığı Leyla xarakterinin yaşadığı ev də Bosfor boğazına baxan mənzərəsi ilə məşhurdur. Kamal (Burak Özçivit) və Leyla söhbət edərkən görünən həmin mənzərə tamaşaçılar tərəfindən də maraqla qarşılanmışdı.