Xalq artisti Aygün Kazımova saç düzümünü yenidən dəyişdirib.
Axşam.az-ın məlumatına görə, hazırda Türkiyədə olan müğənni saç rəngini tündləşdirmə səbəbini açıqlayıb.
Sənətçi “Onlar” verilişinə müsahibəsində pərəstişkarlarının onu tünd saçla daha çox bəyəndiyini deyib:
“Sevənlərim hər zaman saçlarımın tünd formasını bəyənirlər. Mən də onların istəyini nəzərə alıb bu rəngə boyadım. Amma yenə də imicimi dəyişəcəyimi istisna etmirəm”.