FOX TV-nin məşhur serialı "O hayat benim"də gözlənilməz dəyişiklik baş verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rollarında Ezgi Asaroğlu, Keremcem, Ceren Moray, Oya Başarın iştirak etdiyi ekran işinin ssenari yazarlarının hamısı dəyişdirilib.
Belə ki, 70-ci seriyadan etibarən serialı daha əvvəl də qələmə alan Can Sinan, Mert Meriçli və Ali Ercivan yazacaq.