Müğənni-bəstəkar Emin ötən gün Heydər Əliyev Sarayında konsert verib.
Axşam.az-ın məlumatına görə, anşlaqla keçən tədbirdə ifaçı sevilən mahnılarını səsləndirib, tamaşaçılarla söhbətlər edib.
"Boomerang" adlı konsert proqramı ilə müğənni artıq Moskva və Sankt-Peterburq şəhərlərində çıxış etmişdir. Bu adı daşıyan mahnını səsləndirdikdən sonra Emin pərəstişkarları ilə şəkil çəkdirib, avtoqraf paylayıb.
Qeyd edək ki, Eminin növbəti konserti dekabrın 22-də Heydər Əliyev Sarayında baş tutacaq.