"O səs Türkiyə"nin dünənki buraxılışında həssas anlar baş verib.
Axşam.az-ın məlumatına görə, Şotlandiyadan gələn Prenses Bekhem adlı yarışmaçı buraya anasının istəyi ilə qatıldığını, lakin iki həftə əvvəl anasının dünyasını dəyişdiyini deyib.
İfasıyla heç bir münsifi özünə tərəf döndərə bilməyən gənc qızın hekayəsi hər kəsi ağladıb. Hadisə səhnəyə çıxaraq onunla duet oxuyub. Prenses Ebru Gündeşdən "Annem için" mahnısını oxumasını xahiş edib.