Prezident intihar etmək istəyən gənci xilas etdi - video
Klip
17:48 / 25.12.15
5687dəfə oxunub
A-
A
A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi körpüsündə intihar etmək istəyən gənci xilas edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cümə namazından qayıdan prezident gənci görərək avtomobilini dayandırıb. O, mühafizəçilərini göndərərək həmin şəxsə mane olmalarını istəyib.
Prezidentin onun problemiylə şəxsən maraqlanacağını eşidən gənc intihardan vaz keçib. O, prezidentin maşınına yaxınlaşaraq təşəkkürünü bildirib. Ərdoğan isə vətəndaşın məsələlərini həll edilməsi üçün tapşırıq verib.