Kanal D-nin reytinqli serialı "Kurtlar Vadisi Pusu"nun bugünkü seriyasında Suriyadakı vətəndaş müharibəsi əks olunacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, orada tarixi əsərlərin necə məhv edilməsi əsas mövzu olacaq. Belə ki, bir müddət əvvəl Palmiradakı məbədlərdən birinin eynisinin hazırlanaraq London və Nyu-Yorkda sərgilənəcəyi xəbəri ssenari heyətini hərəkətə keçirib.
Bugünkü seriyada "Gölge" Suriyada antik bir şəhəri ələ keçirərək tarixi əsərləri Avropaya qaçırmağa çalışacaq. Adamlarına isə "İŞİD" terror təşkilatının geyimlərini geyindirərək talanı onların üstünə atacaq.