Müğənni Hadisə "Tavsiye" adlı albomunun növbəti mahnısına klip çəkdirib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Bu aralar" adlanan mahnının videosu Dominik Respublikasında lentə alınıb. Klipin rejissoru ifaçının bacısı Hülya Açıkgözdür.
Uzun müddət sonra lirik mahnı səsləndirən Hadisə yeni klipdə də dəniz və qum görüntüləri ilə diqqət çəkib.