Baş rollarında Yağmur Tanrısevsin, Ahmet Olgun Sünear, Samet Sırmalı və Hatice Aslanıın çəkildiyi "Mayıs kraliçesi" serialı bitir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, oktyabrda başlamış serialın bağlanmasına səbəb reytinqlərdə gözlənilən nəticəni əldə edə bilməməsidir.
"Mayıs kraliçesi" bu gün axşam, 11-ci seriyası ilə ekranlarla vidalaşacaq.