Polis sürət həddini aşdı və ... - video
ABŞ-ın Florida ştatında bir qadın çəkdiyi video ilə gündəmə düşüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Klaudio Kastillo adlı qadın bir polis avtomobilinin Mayamidə sürət həddini aşdığını görərək onu təqib etməyə başlayıb. Polisin diqqətini çəkərək onu saxlayan qadın bu anları telefonun yaddaşına yazıb.
Klaudio polisə hər kəsin örnək davranış sərgiləməli olduğunu bildirib. Polis də qarşılığında üzr istəyərək sürəti aşağı salacağını deyib.