Müğənni Selin Dion üç həftə əvvəl dünyasını dəyişmiş həyat yoldaşı Rene Angelil haqda danışaraq ağlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Las-Veqasda Rene üçün təşkil olunmuş xatirə gecəsində iştirak edən Selin göz yaşlarını tuta bilməyərək "onun sevgisini hələ də burada hiss edirəm" deyib.
Qeyd edək ki, 47 yaşlı müğənninin həyat yoldaşı 1998-ci ildən xərçənglə mübarizə aparırdı.