Üç il evli qaldıqdan sonra keçən ilin avqustundan boşanan Aslı Enver və Birkan Sokullu ekranda bir-birləri ilə reytinq yarışına çıxacaqlar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Aslının Şükrü Özyıldızla baş rollarını paylaşdığı "Kış güneşi" sabah "Show TV"də yayımlanmağa başlayacaq.
Bununla da, onun serialı Kanal D-də eyni saatda yayımlanan, B.Sokullunun baş rolda çəkildiyi "Hayat şarkısı"na rəqib olacaq.
Qeyd edək ki, A.Enver hazırda müğənni Murad Bozla, Sokullu isə aktrisa Berrak Tüzünataçla sevgilidir.

