Tanınmışlar İlhamə Quliyevanın vida mərasimində - fotolar
Ölkə
12:10 / 26.02.16
29862dəfə oxunub
A-
A
A+
Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimində sənət adamları və yaxınları iştirak edib.
Axşam.az-ın məlumatına görə, sənət aləminin tanınmış simaları Rəşid Behbudov adına Mahnı Teatrına toplaşıb.
Müğənni Elnur Məmmədov mərhumla bağlı xatirələrini bölüşüb:
“Azərbaycan İncəsənətində ağır itkidir. Çox sevinirəm ki, bizim sənət aləmində belə insan oldu. Dünyasını dəyişənə kimi ağrısını heç kimə hiss etdirmədi. Özünə gözəl hörmət qazandı. Sənətdə olan hər kəsə o cür həyat arzulayıram”.
Əməkdar artist Aybəniz Haşımova ailəsinə başsağlığı diləyib:
“Bizim uğurumuz xalqındır. Bizi son mənzilə xalq yola salırsa, bu gözəldir”.