"İlhamənin ölümündə günahkar odur"

"İlhamənin ölümündə günahkar odur"
26442 dəfə oxunub
  • A-
  • A
  • A+
Vəkili Elmira Məmmədova xalq artisti İlhamə Quliyevanın ölümündə hazırda həbsdə olan keçmiş köməkçisi Mehriban Hüseynovanı günahlandırıb.

Axşam.az-a açıqlama verən vəkil əlində sübutlar olduğunu deyib:

“İlhamə xanımın tez getməyinə, balasını tək qoymağında Mehriban Hüseynovanı günahlandırıram. Birinci səbəbkar odur, ona böyük stress yaşatdı. İlhamə xanıma elə dərmanlar verilmişdi ki, 2 ay xəstəxanada yatdı. 

Bu gün İlhamə Quliyeva aramızda yoxdursa, günahkar Mehribandır. Müayinə olunsa da, çox məqamlar bağlı qalıb. O, bəlkə də 80 il yaşayardı. Mehriban Hüseynovanın açılmayan məqamları var. Elə sirlər var ki, onları danışa bilmərəm”.

Vəkil İ.Quliyevanın vəsiyyətindən də danışıb:

"İlhamə xanım dəfələrlə mənə deyib ki, nəyi varsa oğlu və nəvəsinindir. Onun yeganə hüquqi varisi övladıdır. Var-dövləti də oğluna qalacaq".