Xalq artisti İlhamə Quliyeva ilə vida mərasiminə gələnlərdən biri də əməkdar artist Röya Ayxan olub.
Axşam.az-ın məlumatına görə, müğənni təəssüratlarını media nümayəndələri ilə bölüşüb:
“Özümüzü qorumalıyıq. Belə etməsək, bizi tapdalayıb keçəcəklər. Həyatda bizi zəif görürlər, ona görə də kamera qarşısında daha hirsli oluruq. Mən də o xanım kimi mərd, dürüst getmək istəyirəm. İstəyirəm onun kimi dövlətimi sevim. Sənətkar kimi mahnılarla təbliğat apardı. Mən dövlət sevgisini onda gördüm. Allah rəhmət etsin, böyük itkidir. O mahnıları birdə necə eşidəcəyik?
Sağlığında mahnılarını lentə yazdırmaq qismət olmadı. Amma söz verirəm ki, bütün mahnılarını bir-bir lentə yazdıracam. Çox pozitiv qadın idi, başqa məsələrə fkir vermirəm. Mənə sənəti önəmlidir. Həmişə deyirdi ki, taclarımı sənə verəcəyəm”.
Fotolar: Ramin ASLANOV