Skandalları ilə gündəmdən düşməyən "Kısmetse olur"da baş verənlər verilişin sonunu gətirə bilər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kanal D-də yayımlanan evlilik proqramında Melis Semihin doğum günü üçün aldığı tortu Ceydanın dağıtdığını bilincə əsəbiləşib. Melis həmin tortu Ceydanın üzünə çırpıb.
Görüntülərdən həmən sonra sosial mediada hər zaman tənqid olunan proqram daha sərt şəkildə müzakirə edilib, ali televiziya qurumu olan RTÜK-ə minlərlə şikayət gəlib.
Qeyd edək ki, son zamanlar prezident Rəcəb Tayyip Erdoğan və baş nazir Əhməd Davudoğlu tərəfindən üstüörtülü şəkildə tənqid olunan bu tərz proqramlar artıq türk tamaşaçıların hiddətinə səbəb olur.