Şimali Kiprdə verdiyi konsertə xüsusi təyyarəsi ilə gələn Ebru Gündeş tamaşaçılarına maraqlı anlar yaşadıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kayahan, Adnan Şenses və Orhan Gencebaydan mahnılar səsləndirən Ebru geyimi və aksesuarları ilə diqqət çəkib.
Villur materiallı tünd qırmızı libasda olan ifaçı rəqqaslarla şou da göstərib.