"Axırıncı yol"un qala gecəsi oldu - fotolar

"Axırıncı yol"un qala gecəsi oldu - fotolar
8681 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzində “Axırıncı yol” filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, “Bosbash pictures” komandasının ərsəyə gətirdiyi ekran işi “İLK Media” şirkətinin istehsalıdır. Emil Abdullayevin rejissorluğu ilə çəkilən filmin rənglənməsi Türkiyədə baş tutub. Ekran işinin quruluşçu operatoru Rəşad Qarayev, ssenari müəllifi Ənvər Abbasov, Samid Ağayev və Elnur Həsənidir.

Filmdə “Bozbash pictures”in aktyorları Elşən Orucov, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Həsəni, İlkin Misgərli rol alıblar.

“Axırıncı yol” martın 1-dən kinoteatrlarda nümayiş olunacaq.

Foto: Ramin ASLANOV