Müğənni Zamiq Hüseynov uzun müddətdir gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində sənətçi yeniliklər hazırladığını deyib:
“Hər dəfə geri çəkiləndə bir yeniliklə geri qayıdıram. Bu dəfə də “Sən olmasan” adlı yeni mahnımla çıxdım. Sözləri Leyliyə, musiqisi isə mənə məxsusdur”.
Tez-tez İstanbula gedən sənətçi oradan ev alıb-almaması ilə bağlı sualları belə cavablandırıb:
“Hər üç aydan bir Türkiyəyə gedirəm, gəzib gəlirəm. Hələ orada evim yoxdur. Amma gələcəkdə düşünürəm. Niyə də olmasın ki...”.
“ZH” adlı geyim mağazası olan Z.Hüseynov onun bağlanma xəbərlərini yalanlayıb:
“Mağazam bağlanmayıb. Başqa bir məkana köçüb. Bu yaxınlarda onun da reklam işləri ilə məşğul olacağam”.
8 Mart Beynəlxalq Qadınlar günü münasibətiylə xanımları təbrik edən müğənni “Bütün xanımları təbrik edirəm. Mənim də özəl hədiyyə alacağım bir xanım var” deyə, əlavə edib.
Foto: Ramin ASLANOV