"Öldürəcəklər? Yoldaşımla öpüşmüşəm də..." - Xatirə

"Öldürəcəklər? Yoldaşımla öpüşmüşəm də..." -  Xatirə
13012 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam ciddi pəhrizə başlayıb.

Axşam.az-a açıqlama verən ifaçı 7 gündür çörək yemədiyini deyib:

“Pəhriz saxlayıram. O qədər də artıq çəkim yoxdur. Amma efir insanı kök göstərir. 7 gündür çörək yemirəm. Yoldaşım deyir ki, idman etməsən xeyri olmayacaq. Mən idman sevmirəm. Nə vaxtım, nə də həvəsim yoxdur. Hədəfim 10 kiloqram arıqlamaqdır. Toyumda arıq idim, o cür olmaq istəyirəm”.

X.İslam bu yaxınlarda həyat yoldaşı Fəxrəddin bəylə öpüşərkən çəkilmiş və mətbuatda yayılan görüntüsünə də münasibət bildirib:

“Biz mehriban ailəyik. Məni öldürəcəklər? Yoldaşımla öpüşmüşəm də...”.

Foto: Ramin ASLANOV