"Yenidən gəlinlik geyinmək istəyirəm" - Xatun

"Yenidən gəlinlik geyinmək istəyirəm" -  Xatun
3449 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatun Əliyeva şou-biznesdən şikayətlənib.

Axşam.az-a açıqlama verən ifaçı həmkarlarının onu məhkəmə ilə hədələdiyini bildirib:

“Hansı müğənnini parodiya edəcəyimi desəm, qan düşür. Məni məhkəməylə qorxudurlar. Şou-biznesdən qorxmaq lazımdır. Burdan qorxmayan axmaqdır”.

Bir oğul övladı olan Xatun qayınana olmaq istədiyini deyib:

“Mən çox tələbkar qayınana olacam. Amma gəlinim və oğlum məndən ayrı yaşayacaq. Mənə nəvələrimi verərlər, saxlayaram. Müğənnilik müəyyən yerə qədər. Səni pis vəziyyətə salmamış, özün vaxtında geri çəkilməlisən. İnsanların yadaşında gözəl qalmaq lazımdır”.

Müğənni ikinci dəfə ailə qurması ilə bağlı sualları da cavablandırıb. O, yenidən nikah masasına oturmaq istədiyini də etiraf edib:

“Ailə qurmaq ola bilər. Toy edib, yenidən gəlin paltarı geyinmək istəyirəm. Hər bir xanıma ailə lazımdır”.

Foto: Ramin ASLANOV