“Lider” telekanalının aparıcısı Lamiyə Ələkbərova hər zaman eyni stildə görünməsini qınayanlara cavab verib.
Axşam.az-a açıqlama verən aparıcı özünə yaraşanı etməyi sevdiyini deyib:
“Hərdən stilistim saçımın rəngini dəyişmək istəyir. Amma mənə qara yaraşmır. Ona görə də sarı edirəm. Mənə tamaşaçılar baxır, onların bəyəndiyi kimi olmalıyıq. Həmişə deyirlər ki, eyni stildəsiniz. Son günlər saç düzümümdə bir az dəyişikliklər edirəm. Arıq olmağım isə gendən gəlir. Atam çox arıq olub, mən də ona bənzəmişəm. Hər zaman 47-48 kiloqram olmuşam, dəyişmirəm. Amma onu da deyim ki, bir gün əsəbiləşəndə 3 gün yemirəm”.
L.Ələkbərova həftə içi beş gün yayımlanan “Həyat tərzi” verilişindən də söz açıb. O, canlı efirin məsuliyyətlərindən danışıb:
“Canlı efirin effekti də, məsuliyyəti də başqadır. Yeni xəbərər təqdim edirik, bu xoşdur. Nə qədər başqa işim olsa da, efirimi heç nəyə dəyişmərəm. Çoxdan istəyirdim ki, canlı efir olsun. Özü də şənbə-bazar günü planlaşdırırdım. Amma kanalın rəhbərliyi həftə içi beş gün efirə çıxmağımızı məsləhət gördü, mən də razılaşdım”.
Aparıcı daha sonra oğulları ilə fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Foto: Ramin ASLANOV