Məşhurlar "Şər qarışanda" bir araya gəldilər - fotolar

Məşhurlar "Şər qarışanda" bir araya gəldilər - fotolar
6497 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzində “Şər qarışanda” filminin təqdimatı olub.

Axşam.az-ın məlumatına görə, qorxu janrında lentə alınan ekran işinin qala gecəsinə sənət aləminin tanınmış simaları qatılıb. Gecənin aparıcısı Afaq Gəncəli olub. Filmdə baş rolda xalq artisti Ramiz Novruz, rəqqasə Oksana Rəsulova, müğənni İlhamə Qasımova, aparıcılar Kəmalə Piriyeva, Şəhriyar Əbilov və başqaları çəkiliblər. Samir Kərimoğlunun rejissorluğu ilə ərsəyə gələn ekran əsərinin əsas kadrları Nabran və Şabranda lentə alınıb.

Rəqqasə Oksana filmlə bağlı təəssüratlarını bölüşüb:
 
“İnanıram ki, filmi bəyənəcəklər. Çox əziyyətlə ərsəyə gətirdik. Hamıya əməyinə görə təşəkkür edirəm”.
Rejissor Samir isə ekran işi ilə bağlı “Mən danışmağı sevmirəm. Danışmaqdansa, yenidən film çəkim” deyib.

Bakı Estrada Teatrının direktoru Fariz Əhmədov filmin güclü psixoloji təsiri olduğunu bildirib:

“Nümayiş zamanı zaldan səslər gəlirdi ki, bunu çəkənlərin psixoloji problemləri var. Çəkiliş vaxtı hamımız psixoloji problemli idik. Filmə baxmaq istəyənlər sabahdan kinoteatra üz tuta bilərlər”.