Müğənni Elçin Cəfərov nişanlısından danışıb.
Axşam.az-a açıqlama verən ifaçı nişanlısının və özünün qadağalarından bəhs edib:
“Mən sənətçi adamam, evlənəcəyimlə bağlı xəbərlər çıxır. Bu mənə problem yaratmır. Amma çox danışılmasını istəmir. Nişanlanandan sonra həyatımda çox şeyi dəyişməmişəm. Mən sənətçiyəm, məni olduğum kimi qəbul edilirəm. Mənə qadağa qoyula bilməz. Qadağanı kişi qoya bilər. Mənim qarşı tərəfə qoyduğum qadağa isə şəxsi məsələmdir, açıqlaya bilmərəm”.
Yaradıcılıq yeniliklərindən danışan E.Cəfərov klip çəkdirəcəyini bildirib:
“Yeni mahnılarım var. Konsert də verməyi düşünürəm”.
Qeyd edək ki, keçmiş millət vəkili Sabir Rüstəmxanlının qızı ilə nişanlanan müğənninin toyu aprelin 25-də baş tutacaq.
Foto: Ramin ASLANOV