Tanınmışlar "TeleŞans"da yarışacaqlar
Aparıcı Şirməmməd Hüseynov “TeleŞans” adlı yeni veriliş hazırlayıb.
Axşam.az-ın məlumatına görə, “Dünya TV”də yayımlanacaq proqramda sənət aləminin tanınmış simaları qonaq olacaq.
Yarışma xarakterli “TeleŞan” həftənin şənbə günü saat 15:00-da canlı efirə gedəcək.
Qeyd edək ki, Ş.Hüseynov ANS və TRT Avaz kanalında çalışıb.