Müğənni Xəyyam Nisanov maraqlı hobbisi olduğunu açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “nargismagazine.az” saytına müsahibəsində kibrit yığdığını deyib. X.Nisanov kolleksiyasında 1800-ə qədər kibrit olduğunu bildirib:
“Kibrit yığmaq ideyasını mənə yaxın dostum verib. Bir dəfə o, yığdığı kibritləri mənə hədiyyə etdi, məmnuniyyətlə götürdüm. Dünyanın harasına gedirəmsə oradan kibrit alıram. Evimdə bir otağı bu dəyərli hobbim üçün ayırmışam. Ora heç kim toxuna bilməz. Səfərlərdə olanda kolleksiyama anam nəzarət edir. Məqsədim bu hobbi ilə “Ginnesin rekordlar kitabı”na düşməkdir. Mən Azərbaycandan bu kitaba düşəcək ilk insan olmaq istəyirəm”.