Rusiyalı modelyer Valentin Yudaşkin Kreml sarayında böyük dəfilə keçirib.
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, 8 martda təşkil olunan gecədə yerli ulduzlar da səhnəyə çıxaraq qadınları təbrik ediblər.
Onlar arasında Alla Puqaçova, Filipp Kirkorov, Dima Bilan, Nikolay Baskov, Keti Topuriya, Oleq Qazmanov və digərləri olub.