Dünyanın maraqla gözlədiyi "Game of Thrones" ("Taxt oyunları") serialının yeni mövsümünün treyleri yayılıb.
Axşam.az-ın məlumatına görə, 6-cı mövsümdən ilk videoda Kit Harinqton, Emiliya Klark, Sofi Terner, Nikolay Koster-Valdau, Lena Hidi və Piter Dinkleyci görmək olar. Lakin K.Harinqtonun canlandırdığı Con Snou obrazının meyiti göstərildiyi üçün onun seriala davam edib-etməyəcəyi bəlli deyil
Treylerin soundtrekini Ceyms Vinsent MakMorrou səsləndirib. O, Kris Ayzakın "Wicked Game" mahnısını fərqli versiyada oxuyub.
Serial aprelin 24-də başlayacaq.