Prezidentliyə namizədin 100 milyon dollarlıq "qızıl ev"i - fotolar

Prezidentliyə namizədin 100 milyon dollarlıq "qızıl ev"i - fotolar
5752 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il ABŞ prezidentliyinə namizədlər arasında milyarder Donald Tramp da var.

Dəbdəbəli həyatı və bahalı əşyalarla dolu evi ilə gündəmə gələn Donaldın Obamadan sonra o kürsüyə qalxacağı ehtimalı heç də istisna edilmir. Rəqibi Hilarri Klintonla hələ ki baş-başa mübarizə aparan Trampa qarşı kəskin fikirlər də az deyil.

Miqrantlara və müsəlmanlara qarşı fikirlərinə görə tənqid olunan namizədin qalib olma ehtimalı "Amerikanın faciəsi" də adlandırılır.

Axşam.az xarici KİV-ə istinadən Trampın oğlu və həyat yoldaşı ilə birgə yaşadığı, Nyu-Yorkda yerləşən mənzilindən fotolar təqdim edir. Hər şeyin qızıldan olduğu mənzilin qiyməti 100 milyon dollardan da bahadır.