Müge Anlı Azərbaycanda – video+fotolar

Müge Anlı Azərbaycanda –  video+fotolar
4703 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aparıcı Müge Anlı Azərbaycanda qonaq olub.

Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda ATV-də yayımlanan “Müge Anlı ilə Tatlı sert” verilişində danışıb.

Anlı verilişin çərçivəsində yayımlanan “Sevgi izi” layihəsinin ilk çəkilişini Bakıda edib.

Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın dəvəti ilə Bakıya gələn Müge martın 7-də yayımlanan verilişində Bakı ilə bağlı təəssüratlarını bölüşüb:

“Sevimli tamaşaçılarımız, sizə Azərbaycandan sevgi gətirdik. Hər kəsə Azərbaycana getməyi məsləhət görürəm. Çox etibarlı bir şəhərdir. Gecə yarısı küçədə necə istəyirsən gəzə bilərsən. Heç kim sənə “bu nə geyimdi, dar şalvar nədir?” deyə, söz atmaz. Küçəyə zibil atmırlar. Uşaqlar itlə, pişiklə gəzmirlər. Gözəl sahillər, parklar var. Heyran qaldım. Möhtəşəm memarlıq işləri var. Eyni rəng evlər, binalar var. Şəhidlər Xiyabanında olduq. Dilimiz də eynidir, heç özümüzü yad bir yerdə hiss etmədik".