Könül Nağıyeva 30 min izləyicisindən imtina etdi - fotolar

Könül Nağıyeva 30 min izləyicisindən imtina etdi -  fotolar
4024 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəyə köçən aktrisa Könül Nağıyeva rol aldığı “Zaman adlı qatar” filminin qala gecəsinə qatılıb.

Axşam.az-a açıqlama verən aktrisa ekran işində yaratdığı mənfi Nigar obrazından bəhs edib. O, həyatında bu cür mənfi xasiyyətli xanımların çox olduğunu etiraf edib:

“Mənim ətrafımda bu tipdə bir neçə qadın var idi. Mən də onlardan gördüyümü topladım. Bu mənim üçün təcrübə oldu. Mən dost tərəfdən yarımamışam”.

K.Nağıyeva sosial şəbəkədə paylaşdığı gülməli videolardan bəhs edib:

“Hamı özünü gözəl göstərmək istəyir. Mən də rəfiqəmlə oturmuşduq. Ağlıma fikir gəldi, dedim, gəl mahnıya klip çəkək. Özümü çirkinləşdirdim. İstədim insanlar gülsün”.

Aktrisa sosial şəbəkədən yorulduğunu deyərək, onun ziyanından danışıb:

“Əvvəl 30 min izləyici olan İnstaqram səhifəm var idi. Onu bağladım. Yorulmuşdum, dincəlmək istədim. İndi yenisini yaratmışam, hələ ki min izləyicim var. Sosial şəbəkələr insanın düşmənidir. Bu mövzudə böyük məqalə yazıram. Onu açıq məktub kimi internetdə yayımlayacam. Sosial şəbəkə insanların canlı ünsiyyətini öldürür, onları hiss etməkdən məhrum edir”.

Hər zaman baxımlı görünməyə çalışan K.Nağıyev stilistlərdən məsləhət almadığını söyləyib:

“Uşaqlıqdan moda ilə maraqlanıram. Mənim ilham pərim var, o da nənəmdir. İndi də sağdır, 70-dən çox yaşı var. Evdən manikürsüz, saç düzümü etmədən bayıra addım atmaz. Sərgilərə, moda tarixinə çox diqqət göstərirəm. Ona görə də mənim stilistə ehtiyacım yoxdur. Hətta ətrafımdakılara da məsləhət verirəm”.

Foto: Ramin ASLANOV