“Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudovanın "Atelier Jan" üçün yaratdığı çokerlərin (boyunbağı növü) təqdimatı baş tutub.
Axşam.az-ın məlumatına görə, tədbirdə Ü.Mahmudovanın özü də iştirak edib.
"Olive Project" şirkətinin təşkil etdiyi tədbirdə çokerlərin satışlarından əldə edilən bütün vəsait xeyriyyə məqsədilə sərf olunacaq.
Qeyd edək ki, professor Nərgiz Paşayevanın qızı Ü.Mahmudova bu yaxınlarda ikinci dəfə ana olub. Qız övladı dünyaya gələn Ü.Mahmudovanın bir oğlu da var.
Xatırladaq ki, "Atelier Jan" energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin ilk həyat yoldaşı Sara Əliyevaya məxsusdur.
Fotolar "buro247.az"a məxsudur.