Aktyor Rayan Reynolds və həyat yoldaşı, aktrisa Bleyk Layvli "Ağ ev"də Kanadanın baş naziri Castin Tryudonun şərəfinə verilən ziyafətdə iştirak ediblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ulduz cütlük ABŞ prezidenti Barak Obama və xanımı Mişelin dəvəti ilə onların iqamətgahlarında baş tutan şam yeməyinə qatılıblar.
Gecəyə zövqlü geyimlərində gələn ikilinin oradakı iştirakı səbəbsiz olmayıb. Belə ki, R.Reynolds Kanadanın Vankuver şəhərində anadan olub.