"Bu şəhərdə" Azər Axşamı parodiya etdi - fotolar

"Bu şəhərdə" Azər Axşamı parodiya etdi -  fotolar
14947 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu şəhərdə”nin aktyorları, əməkdar artist Coşqun Rəhimov və Rafael İsgəndərov Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Axşam.az-ın məlumatına görə, “8 Mach” adlı gecənin aparıcısı Nəsib Nur olub.

Aktyorlar ilk səhnəcikdə ATV-nin aparıcısı Azər Axşamı və onun “Hər axşam” verilişini parodiya ediblər.
Digər parodiya edilən sima isə əməkdar artist Elnarə Abdullayeva olub. O, şou-biznesdəki durğunluqdan bəhs edib.

Bir-birindən maraqlı səhnəciklərin nümayiş olunduğu konsertdə aktyorları izləməyə gələnlər arasında sənət aləminin tanınmış simaları da yer alıb.

Qeyd edək ki, yeddi günlük konsert martın 13-də başa çatacaq.

Foto: Ramin ASLANOV