Bu il ölkəmizi "Eurovision" müsabiqəsində təmsil edəcək ifaçı Səmra Rəhimlinin ifa edəcəyi “Miracle” mahnısı artıq təqdim olunub.
Axşam.az-ın məlumatına görə, bəstə müsabiqənin rəsmi “Youtube” kanalına yerləşdirilib.
“Eurovision” nümayəndə heyətimiz bu dəfə də Sandra Bjurman və Amir Aly-nin daxil olduğu isveçli və ukraynalı nümayəndə heyəti ilə çalışıb.
Stokholmda baş tutacaq 61-ci “Eurovision” yarışmasında Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.
Qeyd edək ki, Səmra "Səs Azərbaycan" yarışmasına qatılmış və dördüncü olmuşdu.