“Bozbash pictures”in Fəlakəti – Elşən Orucov gecə saatlarında restoranlardan birində fotokameramıza tuş gəlib.
Şəkillər çəkdirən aktyor Axşam.az-a açıqlama da verib. O, “Axırıncı yol” filminin uğurundan bəhs edib:
“Film gözlədiyimizdən də artıq rekord verib. Hələ pis fikir deyən olmayıb. Bu da gələcəkdə yeni filmin ərsəyə gəlməsinə təkandır”.
E.Orucov ekran işinin “Oğlan evi” filminə bənzədilməsi ilə bağlı suallara münasibət bildirib:
“İlk dəfədir bu sözü eşidirəm. İstər türk, istər xarici filmlər bənzədiləcək. Burada həyəcan, polis olmalıdır. Əgər xırdalasaq, hamısında bir az bənzərlik tapacağıq. Biz böyük oxşarlıq olması ilə razılaşmırıq. Əgər ssenaridə oğurluq varsa, içində polis olacaq da. Film tamaşaçı üçün əyləncədir”.
“Tamaşaçı nə vaxtsa, sizi “Bozbash pictures” layihəsindən kənar, tək görə biləcək” sualına E.Orucov belə cavab verib:
“Bu yaxınlarda rejissor Elvin Əhmədoğlunun təklifi ilə bir klipə çəkildim. Burada tam fərqli obrazdayam. Əgər gələcəkdə təklif gəlsə, inandığım rejissor olsa, əlbəttə çəkilərəm. Mənfi rolda da oynamağa hazıram. Pərəstişkarı itirməkdən də qorxmuram. Ən çətin obraz elə mənfi roldur. Müsbəti canlandırmaq asandır”.
Foto: Ramin ASLANOV