Fatimənin konsertində baş verənlər - fotolar

Fatimənin konsertində baş verənlər - fotolar
7306 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında rəqqasə Fatimə Fətəliyevanın “Novruz sevincləri” adlı konserti olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Könül Muxtarovanın təqdimatında keçirilən gecədə ilk öncə rəqqasənin müəlliməsi Aliyə Ramazanova səhnəyə çıxaraq, Fatimənin rəqqasə olaraq tanınmasında böyük rolu olduğunu söyləyib:
 
“Fatiməni düz 7 yaşından tanıyıram. Həmin vaxtdan mənim yanımda rəqqasəliyin sirlərini öyrənməyə başladı. Mən onunla fəxr edirəm. Bu gün burada olduğuma görə də ona təşəkkür edirəm”.
 
Daha sonra Fatimənin tələbələri səhnəyə çıxaraq, öz bacarıqlarını nümayiş etdiriblər. Niyam Salami, Samira Allahverdi, Sevda Sanalıyeva, Rüfət Axundov, Leyla Ramazanlı, Əbdül Xalid, Zenfira İbrahimova, Aslan Hüseynov, Şəbnəm Əsədova, Səbinə Əskərova və başqaları da səhnəyə çıxaraq, öz musiqi hədiyyələrini təqdim ediblər.

Müğənni Rüfət Axundov isə gecədə maraqlı açıqlama ilə diqqət çəkib:

“Çoxları Fatiməni rəqqasə kimi tanıyır. Rəqqasəlik üzrə dərs keçir. Bir müddət sonra onu müğənni kimi də sözünü deyən görəcəksiniz. Çünki Fatimə ilə duet yazdırırıq. Həmin mahnını yaxın müddətdə təqdim edəcəyik”.

Konsertin sonunda F.Fətəliyeva təəssüratlarını bölüşüb:

“Açığı, bu gün mənim üçün çox maraqlı, ağır bir gün oldu. Çünki üzərimdə çox böyük bir məsuliyyət var idi. Sənət dostlarımla yanaşı, bu gün səhnədə daha çox tələbələrim öz məharətlərini göstərdilər. Düşünürəm ki, gözəl bir konsert keçdi. Zal tam dolmuşdu. İnşallah, belə gecələri daha böyük konsert zallarında təşkil edəcəyik. Bugünkü konsertə görə, xüsusi təşəkkürüm Mədəniyyət və Turizm Nazirliyinə, xüsusən də Nərminə Qafarlıyadır. Bu işdə mənə kömək edən prodüserim Ayselə də təşəkkür edirəm. O da çox əziyyət çəkdi".