"Qızım olsa..." - Sevdanın hamiləlik fotoları

"Qızım olsa..." -  Sevdanın hamiləlik fotoları
9069 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Sanəliyeva hamiləliyindən bəhs edib.

Axşam.az-a açıqlama verən sənətçi hələ ki, uşağının cinsiyyətini öyrənmədiyini bildirib:

“USM-ə gedib, uşağı şüalandırmaq istəmirəm. Mənim üçün cinsiyyət önəmli deyil, əsas uşağın sağlamlığıdır. Hansı xeyirlidirsə, Allah onu da versin. Heç ad da düşünməmişəm. Uşaq doğulanda ürəyimə hansı isim gəlsə, onu da qoyacam. Əgər qızım olarsa, ona anamın istədiyi adlardan birini qoyacam”.

S.Sanəliyeva hamiləlik xəbərini gizlətməsindən, mediada bu haqda çıxan xəbərləri təkzib etməsindən danışıb. İfaçı həmkarı Rəqsanə İsmayılovanın da hamiləliyi ilə bağlı mediaya verdiyi yalan açıqlamaya münasibət bildirib:

“Hamiləliyin ilk üç ayı təhlükəli olur. O ərəfələrdə uşağın düşmə ehtimalı yüksəkdir. Mən də əvvəlcədən xəbər vermək istəmədim. Dedim ki, birdən xəbəri yayaram, sonra uşaq tələf olar. Rəqsanənin də durumunu başa düşürəm. O da bu gün yaşadıqlarından qorxduğu üçün gizlədib. Amma üzülməsin, iki gül kimi balası var”.

Foto: Ramin ASLANOV