"İlaxır çərşənbə" Bakıda belə qeyd olunur - fotolar

"İlaxır çərşənbə" Bakıda belə qeyd olunur -  fotolar
2734 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün şəhərimizdə “İlaxır çərşənbə”si təntənəli şəkildə qeyd olunur.

Axşam.az-ın məlumatına görə, çərşənbə münasibətiylə saat 10.30-da metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə böyük karvan Suraxanı “Atəşgahı”na yollanıb.

Bayram karvanı “Atəşgah”dan od götürüb, geriyə qayıtdıqdan sonra Mərkəzi Parkda bayram tonqalı alovlandırılacaq. Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakıyla bayram konserti və atəşfəşanlıq olacaq.