İlham Əliyev Ankarada - fotolar

İlham Əliyev Ankarada - fotolar
1103 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 15-də Ankarada Türkiyə Respublikası Prezidentinin Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Axşam.az xəbər verir ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib. Sarayın qarşısındakı meydanda İ.Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.