Əməkdar artist Elza Seyidcahan Novruz ənənələrindən danışıb.
Axşam.az-a açıqlama verən müğənni bu günü xüsusi qeyd etdiyini bildirib:
“Bu günü qızımla və kürəkənimlə birlikdə qeyd edəcəm. Oğlum öz evindədir. Bayram payını göndərmişəm. Evdə böyük stol açmışam, yeməklər, şirniyyatlar hazırlamışam. Ən çox sevdiyim bayram elə Novruzdur. Axşam qapının kəndarına nar çırpacam ki, il ruzili olsun. daha sonra isə gedib tonqaldan atdanacam".