Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və bir qrup heyət ötən gün Qobustanda yaşayan ən yaşlı ustad aşıq Xanmusa Musayevə baş çəkiblər.
Axşam.az-ın məlumatına görə, qurum rəhbəri və üzvləri bayram hədiyyələri aparıb, ustadın könlünü xoş ediblər. Aşıq Əli ustadından öyrəndiyi havaları sazda səsləndirib.
Qeyd edək ki, X.Musayev 1926-cı ildə Şamaxıda anadan olub. 500-ə yaxın şeirin və bir neçə dastanın müəllifidir.