Azərbaycanlı müğənni İlaxır çərşənbəni əsgərlərlə keçirib - fotolar

Azərbaycanlı müğənni İlaxır çərşənbəni əsgərlərlə keçirib -  fotolar
2055 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə Beyləqan rayonunda təşkil olunan konsert proqramında çıxış edib.

Axşam.az-ın məlumatına görə, sənətçi tədbirdə əsgərlərin də tamaşaçı qismində iştirak etdiyini bildirib:

"İlaxır çərşənbəmi ailəmin yanında qeyd edə bilmədim. Çünki ötən gün Beyləqan rayon İcra Hakimiyyətinin təşkil etdiyi konsertdə səhnə almalı idim. Möhtəşəm təşkil olunan konsertdə siravi insanlarla yanaşı, əsgərlər də var idi. Əsgərlərin önündə mahnı oxumaq insana əlavə zövq verir. Bir günümü ailəmlə yox, əsgərlərlə keçirdiyimə görə, çox şadam. “Lider” telekanalı ilə də canlı yayımlanan konsertdə mənimlə yanaşı müğənni həmkarlarımdan Nazənin və başqaları da səhnə aldı. İnşallah gələcəkdə bu cür konsertlərdə daha çox çıxış edəcəyəm. Konsert bitəndən sonra Fizuli rayonuna yola düşdüm. Orada da bir neçə ailələrə baş çəkdim”.

N.Qafarzadə onu da əlavə edib ki, “Piyaləni dolduraq” adlı yeni mahnısını da konsertdə oxuyub:

“Həmin mahnının ilk ifaçısı İran azərbaycanlısı Rahib Şəhriyari olub. Bu artıq həmin müğənninin ikinci mahnısıdır ki, mən oxuyurdum. Halallığını da almışam. Bəstənin söz və musiqisi də elə onun özünə məxsusdur”.